15 avqust 2023-cü il tarixində “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edilib.
Qanuna edilən dəyişiklikləri, yenilikləri, fərqli aspektləri və qaranlıq qalan məqamları aydınlaşdırmaq və maarifləndirmək məqsədilə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində farmakologiya və əczaçılıq sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəlik, filial və agentliklərin rəhbərləri üçün iclas keçirilib.
Bu xüsusda Mərkəzin mütəxəssisləri tərəfindən yaranmış suallar cavablandırılıb, narahatlıq yaradan məqamlar izah edilib. Bir sıra yeniliklər üzrə müzakirələr baş tutub.

