Noyabrın 29-da Braziliyanın Sao Paolo şəhərində PIC/S-ə üzvülüyə ilkin müraciət edən və üzvülüyə namizədlər üçün növbəti təlim başlayıb. Bu təlim dekabrın 1-dək davam edəcək. Təlim zamanı iştirakçılara keyfiyyətə nəzarətin praktik aspektləri və keyfiyyət üzrə tədqiqat vasitələri haqqında məlumat veriləcək. Bundan əlavə, iştirakçılar sorğuların cavablandırılmasında və açıq müzakirələrdə də iştirak edə biləcəklər. Dekabrın 2-də PIC/S ekspertlərinin tənzimləyici qurumların rəhbərləri ilə görüşü keçiriləcək, burada üzvülüyə ilkin müraciət edən və üzvülüyə namizədləri narahat edən əsas problemlər müzakirə olunacaqdır.