2020-ci ilin 30 sentyabr – 1 oktyabr tarixində Rusiya Federasiyasının Dərman vasitələri və Etibarlı Təcrübələr İnstitutunun təşəbbüsü ilə onlayn formatda EİT (GMP) üzrə V Ümumrusiya Konfransı: “Ümumi GxP Qaydaları – Keyfiyyət daha möhkəm sağlamlıq naminə” (Commen GMP Rules – Quality for the greater health) təşkil edilmiş və Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri həmin konfransda iştirak etmək üçün dəvət olunmuşdular.
Konfransda bir çox digər mövzular arasında yerli əczaçılıq sahəsinin inkişafının gücləndirilməsi, pandemiyaya qarşı tənzimləmə tədbirləri, beynəlxalq sənaye əməkdaşlığının təşviqi və qabaqcıl GMP meyllərinin Rusiya və qlobal əczaçılıq sektoruna inteqrasiyası ilə əlaqəli mütərəqqi təşəbbüslər araşdırılmış və müzakirə edilmişdir. Bir çox ölkələrin əczaçılıq sahəsinin tənzimləyici qurumlarının rəhbərləri, mütəxəssisləri bu Konfransda iştirak edərək əldə etdikləri təcrübəni paylaşmışdılar. Hər il olduğu kimi, bu dəfə də Konfrans məlum səbəbdən fərqli formatda keçirilməsinə baxmayaraq, əczaçılıq sənayesində aparıcı yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsi və sessiyalararası müzakirələrin aparılması üçün vacib platforma rolunu oynadı.
AEM-in EİT (GMP) üzrə mütəxəssisləri tam heyətlə GMP üzrə V Beynəlxalq Konfransda iştirak edərək gündəlikdə olan məsələlərin müzakirəsində iştirak etmiş və ölkəmizi yüksək səviyyədə təmsil etmişdilər.