http://e-qanun.az/framework/45895
Etibarlı Farmakonəzarət Təcrübəsinə dair Təlimat “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsində nəzərdə tutulan dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydaları”na (bundan sonra Qaydalar) uyğun olaraq hazırlanmışdır və dərman vasitələrinin təhlükəsizliyinə nəzarəti, dərman vasitələrinin fayda-risk nisbətində bütün dəyişikliklərin vaxtında müəyyənləşdirilməsi, fayda riskdən üstün olduqda dərman vasitələrinin istifadəsinin təmini məqsədi ilə tədbirlərin hazırlanma və həyata keçirilmə qaydalarını müəyyən edir. Dərman vasitələrinin farmakonəzarət sənədlərinə olan tələblər müəyyən edilərkən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, bu Təlimat və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları rəhbər tutulur.