Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi” Qaydasının 3.18-ci maddəsinə əsasən təkrar ekspertizanın həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxal zamanı təkrar ekspertizasının həyata keçirilməsi ilə bağlı AEM tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırılır:
- BFMQ-nin idxal zamanı ekspertizasını həyata keçirilməsi məqsədilə idxalçı lazımi sənədlər və ekspertizanın həyata keçirilməsi üçün Ərizə ilə birgə Mərkəzə müraciət etməlidir;
- BFMQ-lər Azərbaycan Respublikası gömrük ərazisinə daxil olduqda, Mərkəzin əməkdaşları tərəfindən təsadüfi seçmə yolu ilə nümunələr götürüləcək;
- Ekspertizanın məbləği ödənildikdən sonra nümunələr BFMQ-lərin ekspertizasının həyata keçirilməsi məqsədilə Mərkəzə gətiriləcək və 5 iş günü müddətində ekspertizadan keçiriləcək;
- Ekspertizanın nəticələrinin əsli Ərizəçiyə, surəti isə AQTA-ya göndəriləcəkdir.