Qeyd etdiyimiz kimi, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 7886-1:2017 “Sterile hypodermic syringes for single use – Part 1: Syringes for manual use” (Inyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı əsasında işlənib hazırlanmış AZS 877: 2019 (ISO 7886-1: 2017) “Inyeksiya üçün birdəfəlik steril şprislər Hissə 1: Əl ilə istifadə üçün şprislər” dövlət standartı 27 sentyabr 2019-cu il tarixində qəbul edilmiş və 01.11.2019-cu il tarixindən qüvvəyə minmişdir.
Bu xüsusda Analitik Ekspertiza Mərkəzində (AEMPHŞ) noyabr ayının 18-də idxalçı şirkətlər üçün iclas təşkil edilmişdir. İclasda AEM-in İdxal ekspertiza şöbəsinin müdiri və mütəxəssisləri tərəfindən yeni standart, inyeksiya üçün birdəfəlik steril şprislərin idxalı zamanı tələb olunan sənədlər toplusuna əlavə olunmuş sənədlər haqqında məlumat verilmiş, şirkət nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.