2019-cu ilin 11-15 oktyabr tarixlərində Özbəkistan Respublikasından nümayəndə heyəti Azərbaycana işgüzar səfər etmişdir. Həmin səfər çərçivəsində Özbəkistan Respublikası Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin Elm və Təhsil şöbəsinin müdiri Dusmatov Əziz Fayzahmatoviç Analitik Ekspertiza Mərkəzinə (AEM) təşrif buyuraraq Mərkəzin direktoru Murad Süleymanov ilə görüşmüşdür. Görüş zamanı aktual məsələlər müzakirə edilmiş, əhəmiyyətli mövzular üzrə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda iki qurum arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandumun imzalanması təklif olunmuş və bu fikir dəstəklənmişdir. Hər iki tərəfin səyi nəticəsində Memorandum imzalandı.
Memorandumun imzalanması əməkdaşlığımızın daha da genişlənməsinə və inkişaf etdirilməsinə güclü zəmin yaradacaq, ikitərəfli əlaqələrimizin bütün sahələrində olduğu kimi əczaçılıq sahəsində də öz töhfəsini verəcəkdir.