• RURU
  • ENEN
AEM
+994 12 596 05 20
MÜRACİƏT ET
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Dərman vasitələrinin ekspertizasının aparılması
    • Qanunvericilik
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
  • Özəl tibb
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • BMFQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tariflər
  • Əlaqə
AEM
No Result
Bütün nəticələr

AEM-in növbəti QƏHRƏMANLARI!

Fevral 4, 2021
A A
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 7-11 dekabr 2020-ci il tarixlərində “Farmakonəzarətin səhiyyə sistemində gücləndirilməsi” mövzusunda onlayn keçirilmiş seminarda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Farmakonəzarət şöbəsinin müdir müavini Fərid Həsənov və şöbənin eksperti Xalisə Əkbərova iştirak etmişdir. Treninqdə ÜST-ün baş ofisindən daxil olmaqla  Azərbaycan, Ukrayna, Belarusiya, Estoniya, Qırğızıstan, Tacikistan və Özbəkistandan mütəxəssislər iştirak etmişdirlər. 5 günlük treninq zamanı xüsusi ilə gündəmdə olan əhəmiyyətli mövzulara toxunulmuşdur. Onlardan farmakonəzarətin əhəmiyyəti, farmakonəzarət nə üçün lazımdır, dərman vasitələrinin istifadəsi ilə yaranan əlavə təsirlərin və immunizasiyadan sonra yaranan yanaşı təsirlər barədə məlumatların toplanaraq müvafiq qurumlar tərəfindən tənzimləyici orqana ötürülməsi, əlavə təsirlərin təsnifatı (tipləri, ciddilik dərəcəsi və ağırlıq dərəcələri barədə) Ümumdünya Səhiyyə Təşkilatının farmakonəzarət sahəsində əməkdaşlığı (Beynəlxalq dərman monitorinq proqramının əhəmiyyəti), əldə olunmuş təhlükəsizlik məlumatlarına əsasən siqnalların müəyyənləşdirilməsi və idarə olunması, əlavə təsirlər haqqında məlumat bazalarının müxtəlif ölkələrin timsalında təqdim olunması, COVİD-19 vaksinlərinin hal-hazırda hansı klinik fazada olduğuna dair və vaksinlərdə hazırda COVAX proqramı çərçivəsində istifadəsinə dair mövzularda mühazirələr dinlənilmişdir. Treninqin sonuncu günüdə “Ölkəmizdə farmakonəzarət sisteminin təkmilləşdirilməsi” üzrə fəaliyyət planı hazırlanmış, ölkəmizdə bu sahədə olan çatışmazlıqlar müəyyən olunmuş və onların aradan qaldırılması istiqamətində növbəti  görüləcək işlərə dair plan hazırlanmışdır. Yekunda ÜST-nin 80 sualdan ibarət imtahanı 20 dekabr 2020-ci il tarixdə keçirilmiş hər iki əməkdaşımız yüksək nailiyyət göstərərək treninq proqramını müvəffəqiyyətlə başa vurmuşdular və mütəxəssislərimizə sertifikat təqdim olunmuşdur.
   ÜST-lə daim sıx əməkdaşlıq edən AEM bu cür təşəbbüsləri təqdirə layiq hesab edir və davamlı olmasını arzu edir. Bütün komandaya, başda Hande xanım Harmancı, Cəvahir xanım Süleymanova olmaqla sonsuz təşəkkür edirik!
ShareTweetShare
AEM

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Lazımi keçidlər

  • Əlaqə
  • Haqqımızda
  • Keyfiyyət siyasəti
  • Tariflər

Bizi izlə

  • RURU
  • ENEN
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Dərman vasitələrinin ekspertizasının aparılması
    • Qanunvericilik
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Əlaqə
  • Özəl tibb müəssisələri
  • BFMQƏ
  • Əlaqə

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .