Müraciət məktubu AEM-ə daxil olduğu tarixdə sənədlər toplusunda təqdim edilən invoysun Excel formatı da, mütləq şəkildə [email protected] e-mail ünvanına göndərilməlidir. Vaxtında göndərilməyən invoysun Excel formatı məktubun icrası zamanı vaxt itkisinə səbəb olur.
Müraciət məktubunda əlaqələndirici şəxsin (səlahiyyətli şəxs) telefon nömrəsi və e-mail ünvanı mütləq qeyd edilməlidir. Çox hallarda məktubda qeyd edilən telefon nömrələri ilə əlaqə saxlamaq mümkün olmur (səlahiyyətli şəxsin nömrəsi olmadığı üçün), e-mail ünvanlarına ya vaxtında baxılmır, ya da ki, sənədin Excel formatı qeyd edilən e-mail ünvanından deyil müxtəlif e-mail ünvanlardan göndərilir ki, bu da vaxt itkisinə səbəb olur.

