20 Yanvar – Azərbaycan xalqının rəşadət, qətiyyət və qəhrəmanlıq tarixidir. Yanvarın 19-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş – 20 Yanvar faciəsi və həmin hadisədə müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlər ehtiramla yad edilib.
Analitik Ekspertiza Mərkəzinin kollektivi Azərbaycan xalqına və şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!

