Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi fəaliyyət proseslərinin inkişaf etdirilməsi ilə bağlı innovasiya və elm-təhsil sahəsində əməkdaşlarının ixtisasının təkmilləşdirilməsi və müvafiq sahələrdə bilik-bacarıqlarının artırılması istiqamətində daim dəstək olur.
Belə ki, Mərkəzin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənovun farmakonəzarət və farmakoepidemiologiya sahəsində əldə etdiyi elmi nailiyyətini qeyd etmək olar. Elmi araşdırma “Azərbaycan Respublikasının farmakonəzarət sisteminin Ümumdünya Səhiyyə Təşkilatı standartlarına qarşı effektivliyinin qiymətləndirilməsi. Təkmilləşdirmə istiqamətində həlli yollarının müəyyən olunması” mövzusunda olub. Əməkdaşın təhsil müddətində dərman vasitələrinin faydalarının qiymətləndirilməsi, klinik və farmakoloji prinsiplər, klinik tədqiqatlarda farmakoepidemiologiya və dərman vasitələrinin effektivliyinin qiymətləndirilməsi üsulları kimi əsas mövzular ətrafında bilik və bacarıqlar əldə olunub.
Qeyd edək ki, Avropa Farmakonəzarət və Farmakoepidemiologiya Proqramı (The First European Training Programme in Pharmacovigilance and Pharmacoepidemiology – Eu2P) dərman vasitələrinin fayda və risklərini dərindən öyrənərək anlamaq üçün Avropanın dövlət və özəl müəssisələrin birgə hazırlanan ilk təşəbbüsüdür. Fərid Həsənov bu sahədə elmi iş müdafiə edən ilk azərbaycanlı mütəxəssisdir.