Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) idxalçı şirkətlərinin nümayəndələrinin müraciəti əsasında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1 maddəsində (“Bioloji aktiv qida məhsulları”) edilən 31 may 2024-cü il tarixli dəyişikliklər ilə əlaqəli yaranan sualların cavablandırılması və edilən təkliflərin dinlənilməsi məqsədilə 5 iyul tarixində görüş baş tutub. Analitik Ekspertiza Mərkəzinin baş direktor müavini, hüquqşünasları və ekspertlərinin iştirakı ilə keçirilən görüşdə sahibkarların üzləşdiyi çətinliklər dinlənilib, AEM-in səlahiyyətləri çərçivəsinə aid olan suallar cavablandırılıb. Görüşdə səsləndirilən təkliflər rəhbərliyə məruzə üçün qeydə alınıb.