Dərman vasitələrinin keyfiyyəti cəmiyyətdə daim müzakirə olunan mövzulardandır. Onların keyfiyyətindən narazılıq bildirən vətəndaşlar arasında bu məsələ ətrafında müxtəlif yanaşmalar və fikirlər var. Azərbaycana idxal edilən dərman vasitələrinin keyfiyyətinə necə əmin olaq? Ölkəmizə idxal olunan dərman vasitələrini istehsal edən müəssisələr yoxlanılırmı və bu proses necə aparılır? Bu və digər suallara Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin təmsilçisi aydınlıq gətirir.

