Dərman vasitələri mövzusu cəmiyyətdə daim aktuallığını saxlayan mövzulardan biridir. İnsanlar hansı dərmanı almaq, daha ucuz və daha keyfiyyətlisini tapmaq məsələsini həmişə gündəmdə saxlayır. Amma, təəssüf ki, sağlamlıq, yaxşı müalicə yolunda keyfiyyətli dərman vasitələrinin axtarışı prosesi şayiələrlə də müşahidə olunur. Çoxlarımız “dərmanlar keyfiyyətsizdir”, “dərmanlar saxtadır”, “üzərindəki marka hələ keyfiyyətli olması demək deyil”, “nəzarət markasının nə mənası var? Əlavə və lazımsız proseduradır” və sairə tipli cəmiyyət içərisində yer alan müxtəlif təyinatlı şayiələrlə tanışıq. Bəs doğurdanmı əvvəllər “holoqram” adlandırılan “nəzarət markaları” dərmanın keyfiyyətinə zəmanət vermir? Onların istənilən dərmanın üzərinə yapışdırılması nəyin sübutudur? Ölkəmizdə dərman vasitələrinə nəzarət markalarının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən verildiyini nəzərə alaraq, geniş əhali kütləsi və bu məsələ ilə maraqlanan biznes adamları üçün sözügedən markaların niyə və hansı prinsiplərlə verildiyini aydınlaşdrımaq qərarına gəldik.
Əvvəlcə onu aydınlaşdıraq ki, nəzarət markası nədir. Beləliklə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa (https://e-qanun.az/framework/24221) əsasən, nəzarət markası – audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu), həmçinin satışı üçün müvafiq dövlət orqanından razılığın alınması tələb olunan malların, məmulatların və məlumat materiallarının satışına belə razılığın verilməsini təsdiq edən və həmin nüsxələri yaymaq hüququ verən, nüsxələrə yapışdırılan hərf-rəqəm kodu və holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli xüsusi nişandır. İstehlakçı qanunla nəzərdə tutulmuş hallarda malların, məmulatların və məlumat materiallarının nəzarət markası ilə markalanmasının təmin olunması hüququna malikidir. ”Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dərman vasitələrinin üzərinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.
Deməli ölkəyə dərman vasitələri gətirən bütün şirkətlər, biznes adamları məhz ”Dərman vasitələri haqqında” qanuna (https://e-qanun.az/framework/12128) və Nazirlər kabinetinin “nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları”na (https://e-qanun.az/framework/27897) əsasən gətirdikləri hər bir mal üçün nəzarət markası almalıdırlar. Bəs bu proses necə həyata keçirilir?
Deməli ölkəyə dərman vasitələri gətirən bütün şirkətlər, biznes adamları məhz ”Dərman vasitələri haqqında” qanuna (https://e-qanun.az/framework/12128) və Nazirlər kabinetinin “nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları”na (https://e-qanun.az/framework/27897) əsasən gətirdikləri hər bir mal üçün nəzarət markası almalıdırlar. Bəs bu proses necə həyata keçirilir?
Qeyd edək ki, əvvəlcə, dərman vasitələrinin nəzarət markası ilə markalanması üçün ərizəçilər (dərman vasitəsinin vəsiqə sahibləri) tərəfindən AEM-ə müraciət edir və həmin müraciət əsasında dərman vasitələrinə müvafiq sayda nəzarət markası verilir. DV-lərinə birdəfəlik istifadə üçün nəzərdə tutulan nəzarət markası yapışdırılır. DV-yə tətbiq edilən nəzarət markası bu malların satışa çıxarılmasından və ya yayılmasından əvvəl Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanununa əsasən müvafiq məhsulları hazırlamaq (istehsal etmək) və ya onların idxalını həyata keçirmək hüququ olan şəxslər, hüquq sahibləri və hüquqları əldə etmiş fiziki və hüquqi şəxslər tərəfindən yapışdırılır. DV-yə nəzarət markası gömrük rəsmiləşdirilməsi başa çatdırıldıqdan sonra yapışdırılır.
Unutmayın ki, satıcı (istehsalçı, icraçı) istehlakçıya yalnız qanunla nəzərdə tutulmuş hallarda nəzarət markası ilə markalanmış DV-ləri verməlidir. Nəzarət markası ilə markalanmamış DV-lərin yayılmasını həyata keçirən şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 451-ci Maddəsində deyilir ki, nəzarət markası ilə markalanmalı olan malların nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə həmin mallar müsadirə edilir. Həmçinin, nəzarət markası olmayan malların hər birinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edək ki, nəzarət markasının bir ədədinin qiyməti 1 qəpikdir və onların alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. AEM-də olan məlumata görə, 2020-ci ilin yanvar ayının 1-dən 2022-ci ilin sentyabr ayının 30-na dək dərman vasitələrinin üzərinə yapışdırılması üçün 351 790 712 ədəd nəzarət markaları satılıb.
Gördüyünüz kimi, bu markaların verilməsi istehlakçılara keyfiyyətsiz, saxta dərmanların satılmasının qarşısını almaqla yanaşı, həm də dövlət büdcəsinə əhəmiyyətli dərəcədə vəsaitin köçürülməsinə səbəb olur. Amma, bəzən apteklərdə nəzarət markası olmayan və ya markanın dərman qutusunun boş hissəsinə deyil, hansısa informasiyanın üzərinə vurulması hallarına da rast gəlinir. Mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı məlumatlar gedib. Hətta, materialların birində qeyd edilmişdi ki, alıcı dərmanın istehlak müddətinə fikir verməyərək, onu alıb və yalnız evdə görüb ki, nəzarət markası məhz dərman qutusunun dərmanın istifadə müddətini göstərən hissəsinin üzərinə vurulub. Yəni, nəzarət markasını qutunun bu hissəsinə vurmaqda məqsəd məhz dərmanın istifadə müddətinin bitməsini gizlətmək olub.
Təəssüf ki, belə hallar təkcə əhalinin sağlamlığını deyil, həm də ölkəmizin gələcək nəsillərini təhlükə altına qoyur. Bu yola əl atan əczaçıların hərəkətləri sözsüz ki, cinayətdir. Təəssüf ki, apteklərdə yoxlama aparmaq səlahiyyəti olan AEM inspektorlarının bütün belə faktları tapıb, ortaya çıxarması və nəticədə qanun pozucusunun cavabdehliyə cəlb edilməsi fiziki cəhətdən mümkün deyil. Çünki, hansısa apteki yoxlamağa gedən inspektor həmin aptekdə olan bütün dərman vasitələrini bir-bir yoxlaya bilməz. Buna nə zaman, nə də insan resursları bəs edər. Unutmayaq ki, nəzarət markası dərmanların üzərinə apteklərdə deyil, dərman depolarında yapışdırılır.
Təəssüf ki, belə hallar təkcə əhalinin sağlamlığını deyil, həm də ölkəmizin gələcək nəsillərini təhlükə altına qoyur. Bu yola əl atan əczaçıların hərəkətləri sözsüz ki, cinayətdir. Təəssüf ki, apteklərdə yoxlama aparmaq səlahiyyəti olan AEM inspektorlarının bütün belə faktları tapıb, ortaya çıxarması və nəticədə qanun pozucusunun cavabdehliyə cəlb edilməsi fiziki cəhətdən mümkün deyil. Çünki, hansısa apteki yoxlamağa gedən inspektor həmin aptekdə olan bütün dərman vasitələrini bir-bir yoxlaya bilməz. Buna nə zaman, nə də insan resursları bəs edər. Unutmayaq ki, nəzarət markası dərmanların üzərinə apteklərdə deyil, dərman depolarında yapışdırılır.
Bəs işinə məsuliyyətsiz yanaşan biznes adamlarını və əczaçıları necə tapmaq və onlara qarşı ciddi tədbirlər görülməsinə necə nail olmaq olar? Bu halda AEM-in ən böyük yardımçısı elə istehlakçılar ola bilər. Apteklərdə vaxtı keçmiş, nəzarət markası olmayan, habelə qutusunun üzərində markanın hansısa vacib məlumatı, məsələn, istehsal müddətini gizlətdiyi dərman vasitəsinin satışı halları ilə rastlaşan vətəndaşlar həmin dərman vasitəsi, onun satış çeki ilə birgə Cəfər Cabbarlı 34 ünvanda yerləşən AEM-in “Bir pəncərə” sektoruna müraciət edə bilərlər. Burada istehlakçının ərizəsi əsasında mütləq şəkildə araşdırma aparılacaq və belə hallara yol vermiş tərəfin qanunla nəzərdə tutulmuş şəkildə cəzalandırılmasına nail olunacaq. Eyni zamanda, əhali aşkarlanan qanun pozuntusu halları barədə AEM-in (+99412) 596-07-12, (+99412) 594-57-27, (+99412) 594-57-37 “qaynar xətt” nömrələrinə zəng edərək, müvafiq məlumatları verə bilər. Həmçinin, şikayətçilər onları narahat edən hallarla bağlı AEM-in [email protected] e-mail ünvanına da yaza bilərlər.
AEM Azərbaycan əhalisinə müraciət edərək, keyfiyyətsiz, nəzarət markası olmayan dərman satışı hallarının tapılıb üzə çıxarılması prosesində fəal yardımçı olmağa səsləyir. Unutmayaq ki, keyfiyyətsiz, dövlət qeydiyyatı, nəzarət markası olmayan dərmanların satışı təkcə bu günümüz üçün təhlükəli deyil, həm də genofondumuza, yəni gələcəyimizə vurulan zərbədir. Gəlin bu zərbənin qarşısını birlikdə alaq!
Discussion about this post