Azərbaycan Respublikası Nazirlər Kabinetinin 382 nömrəli Qərarı ilə “Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası” (bundan sonra – Qayda) 9 dekabr 2025-ci il tarixində təsdiq edilmişdir və Keyfiyyət informasiya sistemindən (bundan sonra – Sistem) istifadə üçün “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə uyğun olaraq ödənilən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydasını müəyyən edir. Sistemdən istifadə etmək üçün istifadəçilər tərəfindən Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmətlərdən istifadəyə görə müvafiq istifadə haqqı ödənilir.
Qanunun tələblərinin icrası məqsədilə, 9 dekabr 2025-ci il tarixindən etibarən yaradılmış və bundan sonra yaradılacaq sertifikatlar üçün Qaydanın 2.1.4-cü yarımbəndinə əsasən 10 manat və 2.1.7-ci yarımbəndinə əsasən isə 1 manat istifadə haqqı ərizəçilərdən tutulacaq.
| Hüquqi əsası | Xidmətin növü | Məbləğ (manatla) |
| 2.1.4-cü yarımbəndinə əsasən | Malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun və işçi heyətin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması | 10 |
| 2.1.7-ci yarımbəndinə əsasən | Sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlərin elektron formada yaradılması | 1 |

