İlk dəfə olaraq, laboratoriyada xəstələrə qan hüceyrələrindən istifadə edərək qanın kök hüceyrələrindən alınan qan köçürülüb. Nəticə etibarı ilə bu hadisə qanköçürmədə inqilaba səbəb ola bilər. Hal-hazırda, prosedurun təhlükəsizliyini yoxlamaq üçün hələ də kliniki sınaqlar aparılır. Bədənimizdə qan oksigen, qida, hüceyrə tullantıları və hormonları orqanlara daşıdığı üçün mütləq vacibdir. O, həmçinin bədən istiliyini, pH səviyyələrini və qan dövranı sistemindəki ion balansını qoruyur, bizi qanaxma və digər infeksiyalardan qoruyur.
Bu gün qanköçürmə adi haldır və hər il milyonlarla insanın həyatını xilas edir. Lakin qan ehtiyatı hələ də kifayət qədər deyil. Tələb təklifi xeyli üstələyir və qan qrupu uyğunluğu da, başqa bir problemdir. Alternativ olaraq, laboratoriyada geniş miqyasda qan hüceyrələri istehsal etmək olardı. Bu, yeni ideya deyil, lakin texniki vasitələr uzun müddətdir ki, bu sahədə inkişafı ləngidirdi. Bu yaxınlarda müəyyən irəliləyişlər əldə edilmişdir. Hətta mühüm addım atıldı – tarixdə ilk dəfə olaraq xəstələrə laboratoriya şəraitində əldə olunmuş qan köçürüldü.
Ideya qırmızı qan hüceyrələrini deyil, donor qandan kök hüceyrələri götürməkdən ibarət idi. Sonra onlar təcrid olunur və 18-21 gün ərzində qidalandırıcı məhlulda yerləşdirilir ki, bu da onların çoxalmasına və daha yetkin qan hüceyrələrinə çevrilməsinə səbəb olur. Bu yeni hüceyrələr daha sonra təmizlənir, saxlanılır və transfuziya üçün hazırlanır. Bristol Universitetinin rəhbərlik etdiyi“Restore” adlı yeni klinik sınaq bu transfuziyaların təhlükəsizliyini yoxlamaq və onların bədəndə nə qədər qaldığını müəyyən etməyə yönləndirilmişdir.
Qırmızı qan hüceyrələrinin ömrü adətən təxminən 120 gündür, lakin normal donor qanda müxtəlif yaşlarda olan hüceyrələrin təsadüfi nümunəsi var. Buna görə də, praktikada onların qalma müddəti daha qısadır. Bunun əksinə olaraq, laboratoriyada yetişdirilən qan tamamilə “təzədir” və teorik olaraq, 120 günə qədər davam etməlidir.
Sınaqda yalnız beş-on mililitr qırmızı qan hüceyrəsi olan “mini” qan köçürüləcək ən azı on nəfər iştirak edəcək. Hər bir iştirakçıya dörd ay fasilə ilə, biri laboratoriyada yetişdirilmiş qan hüceyrələri, digəri isə standart donor qanı olmaqla iki miniköçürmə olunacaq,.
Bu vaxta qədər, sınaq çərçivəsində yalnız iki iştirakçıya qan köçürülüb. Bu müddət ərzində onların heç birində, heç bir yan təsir müşahidə olunmayıb. Qarşıda hələ uzun bir proses olsa da, laboratoriyada yetişdirilən qan hüceyrələri son nəticədə adi qandan bəzi üstünlüklərə malik ola bilər. Məsələn, müntəzəm dərman qəbul etməyi tələb olunan xəstəlikləri olan insanlar üçün bu qan hüceyrələrinin ömrünün daha uzun olması, qan köçürmələri arasındakı fasilələri uzatmağa imkan verməlidir.Mənbə: New-Science.ru https://new-science.ru/pervye-perelivaniya-vyrashhennyh-v-laboratorii-kletok-krovi/