Azərbaycan Respublikası Əmək Məcəlləsinin 213-cü maddəsinə əsasən, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəhbər işçiləri ilə əməyin mühafizəsi sahəsində təlim keçirilmişdir. Təlimdə əmək hüququnun əsəs müddəaları, əməyin mühafizəsinin hüquqi əsasları, mərkəzdə əməyin mühafizəsi işinin təşkili, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliyinin qeydiyyatı, araşdırılması və rəsmiləşdirilməsi qaydaları, bədbəxt hadisə və başqa xəsarət zamanı işçilərə köməklik göstərilməsi və digər mövzular haqqında mərkəzin əməyin mühafizəsi üzrə mütəxəssisi Solmaz İmanova ətraflı məlumat vermişdir. Təlimin sonunda iştirakçıların sualları cavablandırılmış, yeni təklifər müzakirə olunmuşdur.
Discussion about this post