Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyası növbəti dəfə uğur qazanıb. Belə ki, laboratoriya “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsində 12.10.2022-ci il tarixində AZS/İEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının yeni versiyasına uyğun akkreditasiyadan keçmişdir.
Əldə edilmiş akkreditasiya attestatına əsasən, Mərkəzin laboratoriyası tibb vasitələrinin və əczaçılıq məhsullarının eynilik və miqdar analizi, digər fiziki – kimyəvi analiz üsullarından istifadə edərək, sözügedən məhsulların keyfiyyətinə nəzarəti yerinə yetirir, istehsalçı tərəfindən təqdim edilmiş normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirməsini düzgün və dəqiq həyata keçirir.


Discussion about this post