SORĞU - ANKET
Online növbə
  • RURU
  • ENEN
AEM
+994 12 596 05 20
MÜRACİƏT ET
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqə sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BFMQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • Müvəqqəti idxal
    • Qanunvericilik
  • DV təqib və izləmə
    • DV təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə
AEM
No Result
Bütün nəticələr

20 Yanvar – Ümumxalq Hüzn Günü

Yanvar 20, 2023
A A

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

ShareTweetShare
AEM

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Lazımi keçidlər

  • Əlaqə
  • Haqqımızda
  • Keyfiyyət siyasəti
  • Tariflər

Bizi izlə

  • RURU
  • ENEN
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Dərman vasitələrinin ekspertizasının aparılması
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqəs sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb müəssisələri
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BMFQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • TV ekspertiza nəticələri
    • Qanunvericilik
  • DV TƏQİB VƏ İZLƏMƏ
    • Dərman vasitələrinin təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Müyəssərlik menyusu

Ekran ölçüsü
Normal ölçü
Mətni böyüt
Disleksiya rejimi
Keçidləri seç
Şrift ölçüsü
Normal ölçü
Sola düzəlmə
Ortalama
Sağa düzəlmə
Qara kontrast
Ağ-qara
High Saturation
Mətn rənglərini dəyiş
Başlıq rənglərini dəyiş
Arxa fon rəngi
Şəkilləri gizlət
Alt xətt
Bələdçi
Vurğulayıcı
Böyük qara kursor
Böyük ağ kursor