Dərman və tibbi vasitələrinin ölkəyə idxalı üçün Azərbaycan Respublikasının əczaçılıq sahəsində milli tənzimləyici qurumu olaraq Analitik Ekspertiza Mərkəzinə müraciət edən şirkətlərdən, müxtəlif səviyyəli ekspertlər tərəfindən ünvanımıza çox zaman haqsız iradlar səslənir. Əsas narazılıq, dərmanların qeydiyyata alınmasında, guya ki, süründürməçiliyin olmasından, qeydiyyat üçün çoxsaylı sənədlərin tələb olunmasındandır. Odur ki, üzləşdikləri problemlərin həllində dərman vasitəsinin qeydiyyata alınmasında iştirak edən şirkətlərə yardım etmək məqsədi ilə sənədləşmə prosesi ilə bağlı bəzi tövsiyələri təqdim edirik.