Son günlərini yaşadığımız 2022-ci il xalqımız üçün bir çox sahələrdə əlamətdar oldu. Əczaçılıq sahəsində Azərbaycanın yeganə tənzimləyici qurumu olan Analitik Ekspertiza Mərkəzinin kollektivi olaraq, bizim də fəaliyyətimiz bu il həm tərifləndi, həm də tənqid edildi. Və ilin sonunda qərara gəldik ki, həm qarşıdan gələn bayramlar münasibəti ilə xalqımızı təbrik edək, həm də ilk növbədə özümüz özümüzə hesabat verək. Biz 2022-ci ildə hansı işləri görmüşük?