Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dövlət Qeydiyyatı Şöbəsi struktur vahidi kimi fəaliyyət göstərir.
Öhdəçiliyinə götürdüyü vəzifələrə müvafiq olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
- Dərman preparatlarının dövlət qeydiyyatını həyata keçirir;
- Dərman preparatlarının dövlət qeydiyyatının təsdiqlənməsi (uzadılması);
- Dərman preparatlarının dövlət qeydiyyatının geri çağrılması (ləğv edilməsi);
- Qeydiyyatdan keçmiş dərman preparatlarının qeydiyyat dosyesinə və sənədlərinə dəyişikliklərin əlavə edilməsi;
- Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatından keçmiş dərman preparatlarının dövlət reyestrinin aparılması;
- Dərman preparatlarının dövriyyəsinə dair normativ sənədlərin hazırlanması;
- Dövlət qeydiyyatı üçün daxil olmuş məhsulların dərman preparatlarına aidiyyətinin aydınlaşdırılması (BFMQƏ);
Discussion about this post