Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dövlət Qeydiyyatı Şöbəsi struktur vahidi kimi fəaliyyət göstərir.
Öhdəçiliyinə götürdüyü vəzifələrə müvafiq olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
- Dərman vasitələrinin dövlət qeydiyyatı;
- Dərman vasitələrinin yenidən dövlət qeydiyyatı;
- Dərman vasitələrinin qeydiyyat sənədlər toplusunda edilən dəyişikliklərin dövlət qeydiyyatı;
- Dərman vasitələrinin dövlət qeydiyyatının ləğv edilməsi;
- Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin dövlət reyestrinin aparılması proseslərini həyata keçirir.