Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tibb müəssisələrinin işçilərinin bilik və bacarıqlarının artırılması çərçivəsində, özəl tibb müəssisələrinin personalı üçün silsilə təlimlərin keçirilməsi davam etdirilir. Növbəti təlim 22 dekabr 2023-cü il tarixində, aktual və vacib mövzulardan olan “Tibbi alətlərin sterilizasiya qaydaları”, “Sterilizasiya proseslərinə nəzarətin qurulması və keyfiyyətin təmin olunması”, “Tibb vasitələrilə bağlı infeksiyalar”, “Cihazlarla bağlı infeksiyalar” mövzusunda keçirilib.
Təlimdə tibb müəssisələrində, fiziki – termiki və kimyəvi sterilizasiya, sterilizasiya avadanlığının işlənilməsində kimyəvi üsul ilə nəzarət mexanizmi, sterilizasiyanın effektivliyinin nəzarət metodları, bakterioloji nəzarət, mərkəzi venoz kateterlərlə (MVK) bağlı infeksiyalar, maksimal steril baryer istifadəsi, MVK seçilməsi üzrə tövsiyyələr, kateter giriş yerinə qoyulan sarğılar üzrə tövsiyyələr, infuzion setlərin dəyişdirilməsi üzrə tövsiyyələr s. kimi mövzular təqdim edilib, maarifləndirici müzakirələr aparılıb, həmçinin iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər AEM-in əməkdaşları ilə yanaşı hər mövzuya uyğun olaraq aidiyyəti qurumların əməkdaşlarının məruzəçi qismində iştirakı ilə təşkil olunur.










