Cari ilin iyun ayında Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan dərman vasitələrinin, eləcə də xidməti və mülki silahların gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi” mövzusunda gömrük əməkdaşları üçün təlim keçirilib. Təlimdə yalnız gömrük əməkdaşları deyil, həmçinin sözügedən istiqamətdə fəalliyyət göstərən digər dövlət qurumlarının, eləcə də Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi”nin əməkdaşları Elvar İsrafilov, Sevinc Noçuyeva, Şirin Şahbazov da iştirak ediblər. “Dərman vasitələrinin fiziki şəxslər tərəfindən qeyri-kommersiya məqsədilə gömrük sərhəd buraxlış məntəqələrindən keçirilməsi zamanı diqqət ediləcək məsələlər” mövzusu da təlimin gündəliyində yer almış mövzulardan olmuşdur. Mövzu təqdim edildikdən sonra müzakirələr aparılıb. Daha sonra AEM-in İdxal-ixrac şöbəsinin mütəxəssisi Şirin Şahbazov təqdimatla çıxış edib, yaranmıış suallar AEM-in əməkdaşları tərəfindən cavablandırılıb.




