SORĞU - ANKET
Online növbə
  • RURU
  • ENEN
AEM
+994 12 596 05 20
MÜRACİƏT ET
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqə sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BFMQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • Müvəqqəti idxal
    • Qanunvericilik
  • DV təqib və izləmə
    • DV təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə
AEM
No Result
Bütün nəticələr

“Əlavə təsirləri görməzdən gəlməyin, onlar barədə məlumat verin”

Noyabr 2, 2026
A A

2–8 noyabr tarixlərində keçirilən builki qlobal #MedSafetyWeek kampaniyası insanları əlavə təsirləri görməzdən gəlməməyə və onlar barədə məlumat verməyə çağırır.

“Şübhəli əlavə təsirləri görməzdən gəlməyin, onlar barədə məlumat verin”-Kampaniyanın builki əsas  şüarıdır.

Dərman vasitələri insanların həyatını xilas edir və milyonlarla insanın sağlamlığını yaxşılaşdırır. Bununla yanaşı, onların istifadəsi zamanı arzuolunmaz əlavə təsirlər ortaya çıxa bilir. Bu təsirlər qəfil və ya tədricən yarana, hətta dərman vasitəsinin uzunmüddətli istifadəsindən sonra da meydana çıxa bilər. Bəziləri aydın şəkildə müşahidə olunsa da, digərləri “səssiz” olur, heç bir aşkar əlamət vermədən yalnız müayinələr zamanı müəyyən edilir.

Analitik Ekspertiza Mərkəzi (AEM) bütün pasiyentləri və tibb işçilərini dərman vasitələrinin istifadəsi zamanı yarana biləcək bütün növ əlavə təsirlərə qarşı diqqətli olmağa və belə hallar barədə məlumat verməyə çağırır. Daxil olan bildirişlər dərman vasitələrinin təhlükəsizliyinin qiymətləndirilməsi üçün mühüm məlumat mənbəyidir və AEM kimi tənzimləyici qurumlara potensial risklərin vaxtında müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsində kömək edir.

“Əhalidən və tibb işçilərindən daxil olan bildirişlər dərman vasitələrinin təhlükəsizliyinə nəzarətdə mühüm rol oynayır. Hər bir bildiriş dərman vasitələrinin təhlükəsizliyinin təmin olunmasına və gələcəkdə digər insanların sağlamlığına zərər dəyməsinin qarşısını almağa kömək edə bilər”.

Yeni dərman vasitəsinin qəbuluna başladıqda, dozanı dəyişdikdə və ya eyni vaxtda digər dərman vasitələrindən, müəyyən qida məhsullarından, bitki mənşəli vasitələrdən istifadə etdikdə əlavə təsirlərin yaranma ehtimalı arta bilər. Buna görə də dərman vasitəsinin içlik vərəqəsini diqqətlə oxumaq və məlum əlavə təsirləri tibb işçisi ilə müzakirə etmək vacibdir.

Özünüzdə müşahidə etdiyiniz əlamətlərin dərman vasitəsinin əlavə təsiri ilə əlaqəli ola biləcəyini düşünürsünüzsə, bu barədə məlumat verin. Xüsusilə həmin əlamətlər gündəlik həyatınıza təsir göstərirsə, ciddi xarakter daşıyırsa və ya içlik vərəqəsində qeyd olunmayıbsa, onların bildirilməsi mühüm əhəmiyyət kəsb edir.

Əlavə təsir barədə məlumat vermək üçün əlamətin məhz dərman vasitəsindən qaynaqlandığına əmin olmaq lazım deyil. Şübhə olduqda belə məlumat vermək dərman vasitələrinin təhlükəsizliyinin daha yaxşı qiymətləndirilməsi üçün vacibdir.

“Əlavə təsirlər barədə məlumat vermək kiçik bir addım kimi görünə bilər, lakin bu, dərman vasitələrinin hər kəs üçün daha təhlükəsiz olması üçün böyük əhəmiyyət kəsb edir. Dərman vasitəsinin əlavə təsirə səbəb olduğundan şübhələnirsinizsə, bunu görməzdən gəlməyin – məlumat verin!”.

2026-cı ilin #MedSafetyWeek kampaniyası indiyədək keçirilən ən geniş miqyaslı  kampaniya olacaq. 2–8 noyabr tarixlərində 130 ölkədən 140 təşkilat #MedSafetyWeek kampaniyasının çağırışlarını 60-dan çox dildə paylaşacaq.

Əlavə təsirləri görməzdən gəlməyin, onlar barədə məlumat verin.

ShareTweetShare
AEM

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Lazımi keçidlər

  • Əlaqə
  • Haqqımızda
  • Keyfiyyət siyasəti
  • Tariflər

Bizi izlə

  • RURU
  • ENEN
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Dərman vasitələrinin ekspertizasının aparılması
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqəs sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb müəssisələri
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BMFQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • TV ekspertiza nəticələri
    • Qanunvericilik
  • DV TƏQİB VƏ İZLƏMƏ
    • Dərman vasitələrinin təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Müyəssərlik menyusu

Ekran ölçüsü
Normal ölçü
Mətni böyüt
Disleksiya rejimi
Keçidləri seç
Şrift ölçüsü
Normal ölçü
Sola düzəlmə
Ortalama
Sağa düzəlmə
Qara kontrast
Ağ-qara
High Saturation
Mətn rənglərini dəyiş
Başlıq rənglərini dəyiş
Arxa fon rəngi
Şəkilləri gizlət
Alt xətt
Bələdçi
Vurğulayıcı
Böyük qara kursor
Böyük ağ kursor