30–31 iyul 2026-cı il tarixlərində Hindistan Respublikasının Nyu-Dehli şəhərində Qlobal Dərman Tənzimləmə Konklavında (Global Drug Regulatory Conclave) keçirilib. Tədbir Hindistanın Əczaçılıq İxracatını Təşviq Şurası (PHARMEXCIL) və Mərkəzi Dərman Standartlarına Nəzarət Təşkilatı (CDSCO) tərəfindən birgə təşkil olunmuşdur. Konklavda qlobal əczaçılıq sektoruna yön verən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Yaponiya, Rusiya kimi aparıcı dövlətlər də daxil olmaqla, ümumilikdə 40-dan çox ölkənin dərman vasitələri üzrə məsul tənzimləyici (requlyator) orqanlarından 60-dan çox ixtisaslı mütəxəssislər və idarəçi şəxslər iştirak ediblər. İki günlük konklav ərzində əczaçılıq sektorunun qlobal gələcəyini, tənzimləmə mexanizmlərini və dərman təhlükəsizliyini əhatə edən aşağıdakı prioritet istiqamətlər üzrə çıxışlar edilmiş və bir sıra sessiyalar keçirilmişdir. Tədbir proqramının ikinci gününün sonunda konklav iştirakçıları üçün Hindistan Farmakopeya Komissiyasının (Indian Pharmacopoeia Commission – IPC) baş qərargahına və laboratoriya kompleksinə rəsmi sahə səfəri təşkil olunmuşdur.Ziyarət zamanı qurumun praktiki fəaliyyəti və təcrübəsi ilə yerində tanışlıq baş tutub.
Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdiri Şirin Şahbazov təmsil edib.




