SORĞU - ANKET
Online növbə
  • RURU
  • ENEN
AEM
+994 12 596 05 20
MÜRACİƏT ET
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqə sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BFMQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • Müvəqqəti idxal
    • Qanunvericilik
  • DV təqib və izləmə
    • DV təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə
AEM
No Result
Bütün nəticələr

Dərman vasitələrindən zəhərlənmələrə dair tədbir keçirilib

Fevral 21, 2018
A A
20.02.2018 tarixində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində dərman vasitələrindən zəhərlənmələrə dair mətbuat konfransı keçirilib. Bildirildi ki, Azərbaycanda 2016-cı ildə dərmandan zəhərlənmə halları 732 dəfə müşahidə edilibsə, 2017-ci ildə 714 dəfə belə hal baş verib. Ən çox kəskin zəhərlənmə verən sedativ, yuxugətirən və qıcolma əleyhinə olan preparatlardır. Lakin zəhərlənmə halları bir çox hallarda dərmanın keyfiyyəti və dozası ilə deyil, istifadəçinin ondan düzgün istifadə etməməsi nəticəsində baş verir.
   Təəssüf ki, zəhərlənmə hallarının 17 faizi valideynlərin nəzarətindən yayınaraq dərmanlardan istifadə edən uşaqlarda müşahidə olunub. Kəskin zəhərlənmələrə aid olmayan medikamentoz və kimyəvi maddələrə əlavə təsirlərlə əlaqədar 2016-cı ildə 246, 2017-ci ildə isə 230 xəstə olub.
   Müşahidələr göstərir ki, həmin hallar əsasən başağrısı zamanı istifadə olunan dərmanlar və antibiotiklərin qəbulu nəticəsində yaranır. Bu barədə həkim-toksikoloq, ATU-nun dosenti İsmayıl Əfəndiyev məlumat verib. Onun dediyinə görə, virus infeksiyası zamanı qəbul edilən antibiotik vasitələrin heç bir müalicəvi təsiri yoxdur, əksinə, həmin vaxt orqanizmin immuniteti zəiflədiyinə görə, allergiya və digər xoşagəlməz fəsadlarla nəticələnir.
   AEM-in dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin baş mütəxəssisi Ulduz Eyvazova bildirib ki, düzgün istifadə edilmədikdə, aptekdən alındıqdan sonra evdə normal şəraitdə saxlanılmadıqda dərmanlardan zəhərlənmələr baş verir: “Dərmanlardan zəhərlənmələr onların çox vaxt keyfiyyətsiz olması ilə əlaqədar deyil, doza həddinin gözlənilməməsi və ya aşılmasıdır. Hər bir dərman vasitəsinin içlik vərəqəsində onun əlavə təsirləri haqqında da məlumat var. Məsələn, şərbət və göz damcıları preparatdan asılı olaraq ilkin açılandan sonra bir həftədən 28 gün müddətinədək yararlılıq müddəti var. Ümumən preparatın saxlanma şəraitindən asılı olaraq daha uzun müddətə istifadə müddəti ola bilər. Bəzən elə hal olur ki, üstündəki saxlanılma müddətinə baxaraq bir neçə ay və hətta il əvvəl alınmış dərmanı uşağa içirilməsi, birdəfəlik əvəzinə sutkalıq dozanın qəbul edilməsi də zəhərlənmələrə səbəb olur”.
   Mərkəzin dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Çingiz Şükürov keyfiyyətsiz dərman vasitələri barədə danışarkən deyib: “Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında “OKSİAM-B” göz damcısı dərman formasında olan məhsulun nümunələrinin fiziki-kimyəvi və mikrobioloji ekspertizası nəticəsində nümunənin tərkibindəki inqrediyentlərin miqdarının qeyd olunan göstəricilərdən aşağı olması, sitikolin təsiredici maddəsinin ümumiyyətlə olmaması, pH göstəricisinin qələvi mühitə yaxınlığı, sıxlığının aşağılığı və nümunənin qeyri-sterilliyi müəyyən edilib. Nümunənin keyfiyyətsiz, qeyri-effektiv, yararsız və sağlamlıq üçün təhlükəli olduğuna görə saxta, mənşəyi məlum olmayan məhsulun idxalı, satışı və oftalmoloqlar tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq edilib”.
   Laboratoriya müdiri həzm pozğunluğu, mədə-bağırsaq sistemi xəstəliklərində və zəhərlənmə zamanı istifadə edilən aktivləşdirilmiş kömürün tərkibində qalıq suyun miqdarı normadan yuxarı olduğuna görə həmin dərman preparatının ölkəmizin ərazisinə buraxılmadığını da söyləyib. AEM-in farmakonəzarət sektorunun müdiri Elmin Quliyevin verdiyi məlumata görə, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib.
   Onun sözlərinə görə, ölkəmizə daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir. Sonrakı yerləri Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar tutur. Banqladeş və Hindistandan da dərmanlar gətirilsə də, onların sayı o qədər də çox deyil.
ShareTweetShare
AEM

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Lazımi keçidlər

  • Əlaqə
  • Haqqımızda
  • Keyfiyyət siyasəti
  • Tariflər

Bizi izlə

  • RURU
  • ENEN
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Dərman vasitələrinin ekspertizasının aparılması
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqəs sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb müəssisələri
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BMFQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • TV ekspertiza nəticələri
    • Qanunvericilik
  • DV TƏQİB VƏ İZLƏMƏ
    • Dərman vasitələrinin təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Müyəssərlik menyusu

Ekran ölçüsü
Normal ölçü
Mətni böyüt
Disleksiya rejimi
Keçidləri seç
Şrift ölçüsü
Normal ölçü
Sola düzəlmə
Ortalama
Sağa düzəlmə
Qara kontrast
Ağ-qara
High Saturation
Mətn rənglərini dəyiş
Başlıq rənglərini dəyiş
Arxa fon rəngi
Şəkilləri gizlət
Alt xətt
Bələdçi
Vurğulayıcı
Böyük qara kursor
Böyük ağ kursor