Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi ”Qaydasına əsasən Bioıoji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) ekspertizasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi həyata keçirir. Aparılan ekspertizalar üçün şirkətlər tərəfindən təqdim edilən sənədlərin “Bir pəncərə” prinsipi ilə qəbulunu asanlaşdırmaq məqsədilə BFMQƏ-in sənəd qəbulu günləri artırılmışdır. Belə ki, BFMQƏ-in sənədlərini həftənin Bazar ertəsi, Çərşənbə və Cümə axşamı günləri (I,III,IV) saat 9:00-dan 13:00 qədər Analitik Ekspertiza Mərkəzinin “Bir pəncərə” xidmətinə təqdim edə bilərsiniz.