Türkiyə Respublikasının Dərman vasitələri və Tibbi cihazlar Agentliyinin təşkilatçılığı ilə (Turkish Medicines and Medical Devices Agency (TİTCK)) 2018-ci ilin 7-10 May tarixlərində Ankara şəhərində “Dərman vasitələri və tibbi cihazlar üzrə tənzimləyici və müşahidəçi orqanların 2ci İnformasiya Müşavirəsi” (“TİTCK-Regulatory and Supervisory Authority: 2nd Information Meeting for Medicines and Medical Devices Authorities”) keçirilmişdir. Müşavirədə iştirak etmək üçün Analitik Ekspertiza Mərkəzinin 2 əməkdaşı Ankara şəhərinə ezam olunmuşdur.
Görüşdə Azərbaycanın, Polşanın, Makedoniyanın, Serbiyanın, Qazaxstanın, Cənubi Afrikanın və digər ölkələrin nümayəndələri iştirak etmişdir. Görüş zamanı Türkiyədə dərman vasitələri və tibbi cihazlar üzrə nəzarət sistemi, qurumun işi və ümumiyyətlə mövcud vəziyyət haqqında məlumat verilmişdir. Həmçinin, müşavirədə iştirak edən digər ölkələrin nümayəndələri tərəfindən də qurumları və dərman vasitələrinə nəzarət sistemləri haqqında məlumat paylaşılmış, bu sahədə təcrübədən irəli gələn bir sıra məsələlər müzakirə olunmuşdur.
Bu cür tədbirlərin təşkil olunması və nümayəndələrimizin fəal iştirakı gələcəkdə əczaçılıq sahəsinin inkişafında töhfələr baxımından çox böyük əhəmiyyət daşıyır.