Analitik Ekspertiza Mərkəzi cari ilin sentyabr ayında apteklərdə aparılmış yoxlamaların nəticələri barədə məlumat təqdim edir. Qeyd olunan dövr ərzində ümumilikdə 37 aptekdə yoxlama aparılmışdır. Onlardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilmişdır.
Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin beş maddəsi üzrə ümumilikdə 11 protokol tərtib edilmişdir.


