Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində 17-18 dekabr tarixlərində İslam Əməkdaşlığı Təşkilatının Katibliyinin təşəbbüsü ilə (The General Secreteriat of the Organization of İslamic Cooperation (OİC) Təşkilata üzv ölkələrinin Dərman sahəsində Tənzimləyici Qurumlarının Rəhbərlərinin sayca üçüncü görüşü keçirilib. İki gün davam edən görüşdə Təşkilata üzv ölkələrinin dərman sahəsində tənzimlənmənin mövcud vəziyyəti, çətinliklər, uyğunlaşdırma strategiyaları barədə məlumat verilib.Tədbirdə Təşkilata daxil olan islam ölkələrinin sonuncu – 2022-ci ildə Türkiyədə keçirilən 2-ci görüşündən bu vaxta qədər əldə olunan nailiyyətləri müzakirə edilib. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının eksperti tərəfindən dərman sahəsində aparılan tənzimlənmənin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində perspektivlərə dair ətraflı məlumat verilib.
Görüşdə Səudiyyə Ərəbistanın Tənzimləyici Qurumunun (SFDA) məsul şəxsi tərəfindən “Qlobal əməkdaşlıq vasitəsi ilə dərman tənzimlənməsinin beynəlxalq standartlara uyğunlaşdırılması (Enhancing Regulatory Harmonization through Global Partnership), İslam Əməkdaşlığı Ölkələrində biotexnoloji Tənzimlənmə (Biotech Regulation and localization within OIC), Kefiyyətli və əlçatan dərman və vaksinlərin təmin olunması mövzusunda (Access to affordable and Quality Medicines and Vaccines) Misir Ərəb Respublikasının, Türkiyə Cümhuriyyətinin və Qətər dövlətinin məruzələri dinlənilib. Daha sonra Bruney, Pakistan ölkələri ÜST-ün müqayisəli qiymətləndirmə alətləri ilə bağlı (Global Benchmarking Tool) öz təcrübələrinə dair məruzə ediblər.
Analitik Ekspertiza Mərkəzinin Elm və İnnovasiya üzrə Baş direktorunun müavini, eləcə də Keyfiyyəti idarəetmə şöbəsinin müdiri ilə təmsil olunan nümayəndə heyəti tərəfindən «Requlyator Qurumun Tənzimləmə mükəmməliyinin ölçülməsi istiqamətində təcrübəsi (Experience on measuring regulatory Excellence, Performance indicators, framework and Metrics) təqdimatı ilə Mərkəz tərəfindən son dövr ərzində həyata keçirilən tədbirlər və hədəflər barədə ətraflı məlumat verilib. Nümayəndə heyətinin çıxışı maraqla dinlənilib, üzv ölkələri tərəfindən aidiyyəti suallar verilib və növbəti iki il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə dair uğurlar arzu edilib.