Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların müracitələrinə dolğun və operativ şəkildə baxılması, onların qəbulunun müasir tələblərə uyğunlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Azərbaycanda sahibkarlıq mühitində bürokratik əngəllərin aradan qaldırılması, ölkədə biznes-iqlimin təkmilləşdirilməsi, eləcə də Bir Pəncərə sisteminin elektron hökumətin əsas elementlərindən birinin olmasını nəzərə almaqla bir neçə il əvvəl Analitik Ekspertiza Mərkəzinin Sənədlərin dövriyyəsinin təşkili şöbəsinin nəzdində Bir Pəncərə sektoru yaradılıb. Sektorun necə işləməsi barədə süjetimizdə.