12 dekabr 2023-cü il tarixdə, ümummilli lider Heydər Əliyevin anım günündə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin əməkdaşları Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid tarixi eksponatlar, hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələrlə tanış olublar. Mərkəzdə AEM əməkdaşlarına Ulu Öndərin həm SSRİ, həm də müstəqillik illərində gərgin fəaliyyətinin müxtəlif məqamları virtual formada təqdim olunub.