2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Möhtərəm prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
Bu mötəbər hadisə ilə əlaqədar Analitik Ekspertiza Mərkəzi nəzərdə tutduğu silsilə tədbirlər sırasından DV qeydiyyat-ekspertiza şöbəsinin mütəxəssisi Rufana Usubovanın səhiyyənin inkişafında Heydər Əliyevin roluna həsr edilən video təqdimatını diqqətinizə çatdırır.