2024-cü ilin yanvar ayından Azərbaycanda elektron resept sisteminin tətbiqinə başlanılıb. Yeni sistem barədə əhaliyə dolğun məlumat verilsə də, suallar qalmaqdadır. Odur ki, elektron resept sisteminin köhnə sistemdən hansı üstünlükləri olması barədə daha ətraflı məlumat almaq üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri, e-resept layihəsinin AEM tərəfindən kordinatoru Səid Fərzullayevə bir neçə sual ünvanladıq.
Video müsahibəni təqdim edirik.