SORĞU - ANKET
Online növbə
  • RURU
  • ENEN
AEM
+994 12 596 05 20
MÜRACİƏT ET
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqə sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BFMQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • Müvəqqəti idxal
    • Qanunvericilik
  • DV təqib və izləmə
    • DV təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə
AEM
No Result
Bütün nəticələr

Dezinformasiyalara aldanmayın – Aptekdə çalışan əczaçıların NƏZƏRİNƏ!

Aprel 11, 2025
A A

Bir müddət əvvəl sosial şəbəkələr vasitəsi ilə bəzi aptek təşkilatlarının əməkdaşlarına əczaçılıq şirkətləri tərəfindən aşağıdakı məzmunda xəbərdarlıq göndərilir:

 «HÖRMƏTLİ ƏCZAÇILAR!

Bir məlumatı nəzərinizə çatdırmaq istəyirik.

Bildiyiniz kimi, TƏK KODEİN və FENOBARBITAL tərkibli dərman preparatlarının satışı RESEPT əsasında həyata keçirilir.

Lakin, bu maddələr MÜRƏKKƏB TƏRKİBLİ dərman preparatlarının tərkibində NƏZARƏTDƏ SAXLANILMIR! Yəni, bir dərman preparatının tərkibində, KODEİN və FENOBARBITALdan başqa, misal üçün, KOFEİN, NAPROKSEN, METAMİZOL NATRİUM (ANALGİN) və s. varsa, bu cür dərman preparatlarının satışı SƏRBƏSTDİR və reseptə ehtiyac olmur.

“NƏZARƏTDƏ SAXLANILMIR” dedikdə nəzərdə tutulan məqam məhz budur. Yəni, mürəkkəb tərkibli dərmanların satışında (tərkibində bu maddələr olsa belə) RESEPTƏ EHTİYAC YOXDUR.

Məlumatı sizlərlə bölüşdük ki, gəzən ŞAYİƏLƏRƏ və DEZİFORMASİYALARA aldanmayasınız.

UĞURLAR!»

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi qaldırılan məsələni araşdırıb. Bildiririk ki, bəzi mürəkkəb dərman vasitələrinin tərkibinə kompleks müalicənin aparılması məqsədilə müəyyən faiz nisbətində narkotik vasitələr və psixotrop maddələr daxil edilir. Belə ki, kodein (narkotik vasitə) və fenobarbital (psixotrop maddə) bu kimi dərman maddələrinə misal göstərilə bilər. Onların qanuni tibbi istifadəsi, miqdarı, sui-istifadə edilmə ehtimalı və həmin maddələrin asanlıqla bərpa oluna bilməyəcəyi (dərman vasitələrinin tərkibindən çıxarılması) səbəbindən müvafiq Beynəlxalq Konvensiyalar ilə nəzərdə tutulan bəzi nəzarət tədbirlərindən azad edilib. “Nəzarətdə saxlanılmır” anlayışı da məhz buradan gəlir. Digər hər hansı bir nüansla, xüsusilə reseptlə əlaqəsi yoxdur.

Həmçinin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ saylı Qanununa görə, kodein ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin, fenobarbital dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına daxil edilib, lakin başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarət tədbirlərindən azad edilib. Bu nəzarət tədbirlərindən azad olunmaya onların reseptsiz buraxılması deyil, həmin maddələrin dövriyyəsi üçün DİN-dən xüsusi icazənin alınması, miqdari hesabatlarının aparılması, saxlanılması, istifadəsi və dövriyyəsi ilə bağlı digər əməliyyatların həyata keçirilməsi aid edilib.

Hər bir dərman vasitəsinin içlik vərəqəsində onun buraxılma qaydası qeyd olunur və həmin içlik vərəqələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənir. Dərman vasitəsinin buraxılma qaydasını bu və ya digər məlumatlarla ümumiləşdirmək yolverilməzdir.

Bir daha xatırladırıq ki, bu günə olan məlumata görə, hazırda Azərbaycan Respublikasının ərazisində 20 ticari adda mürəkkəb tərkibli (tərkibində narkotik və psixotrop maddələr olan) dərman vasitələri dövlət qeydiyyatına alınıb. Onlardan yeddisi həkim resepti əsasında buraxılır.

Dərmanlar:

Korvalol (Daxilə qəbul üçün damcı 25 ml məhlul, tünd rəngli şüşə flakon-damcıladıcıda №1, karton qutuqablaşmada – reseptsiz),

Qluferal (Tabletlər №20 (2×10), blisterdə, karton qutu qablaşmada – reseptlə),

Pentalgin®-N (Tabletlər №10 (1×10), konturlu-yuvalı qablaşmada, karton qutuda – reseptlə),

Valokordin® (Daxilə qəbul edilən damcı 20 ml, 50 ml qəhvəyi şüşə flakonda №1, karton qutu qablaşmada – reseptsiz),

Korvalol  (Oral damcı 25 ml flakonda №1, karton qutu qablaşmada – reseptsiz),

Piralgin Neo (Tabletlər №10 (1×10), №20 (2×10), №1500 (150×10) (stasionarlar üçün) konturlu-yuvalı qablaşmada, karton qutuda – reseptlə),

Korvalol (Tabletlər №10 (1×10), №30 (3×10), №50 (5×10) PVX/ALÜ blisterlərdə, karton qutu qablaşmada – reseptsiz),

Korvalol (Oral damcı 25 ml, narıncı rəngli şüşə flakon-damcıladıcıda №1, karton qutu qablaşmada – reseptsiz),

Bellerqamin® (Örtüklü tabletlər №20 (1×20) PVX/alüminium folqalı blisterlərdə, karton qutu qablaşmada – reseptlə),

Kaffetin (Tabletlər №12 (2×6), stripdə, karton qutu qablaşmada – reseptsiz),

Paraferin  (Kapsullar №20, №30 blisterdə, karton qutu qablaşmada

– reseptsiz),

Kodelak® (Tabletlər №10 (1×10) polivinilxlorid plyonkadan və çap olunmuş laklı alüminium folqadan hazırlanmış konturlu-yuvalı qablaşdırmada, karton qutuda – reseptlə),

Kodefrin (Şərbət 115 ml, şüşə və ya PET flakonda №1, karton qutu qablaşmada – reseptlə),

Parakod İC (Tabletlər №10 (1×10) blisterdə, karton qutu qablaşmada – reseptlə),

Kaffetin KOLD (Örtüklü tabletlər №10 (1×10), blisterdə, karton qutu qablaşmada – – reseptsiz),

Daleron Kold3 (Örtüklü tabletlər №12 (1×12), №24 (2×12) blisterdə, karton qutu qablaşmada – reseptsiz),

Medotuks (Daxilə qəbul olunan məhlul 100 ml, 150 ml, 200 ml, qəhvəyi rəngli şüşə flakonda №1, ölçü qaşığı ilə birlikdə karton qutu qablaşmada – reseptlə).

Qalan 3 ticari adda dərman vasitəsinin isə apteklərdə satışına icazə yoxdur. Onlar yalnız əməliyyat zamanı klinikalara xüsusi icazə ilə verilir.

 

 

 

 

 

 

 

 

 

 

ShareTweetShare
AEM

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Lazımi keçidlər

  • Əlaqə
  • Haqqımızda
  • Keyfiyyət siyasəti
  • Tariflər

Bizi izlə

  • RURU
  • ENEN
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Dərman vasitələrinin ekspertizasının aparılması
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqəs sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb müəssisələri
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BMFQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • TV ekspertiza nəticələri
    • Qanunvericilik
  • DV TƏQİB VƏ İZLƏMƏ
    • Dərman vasitələrinin təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Müyəssərlik menyusu

Ekran ölçüsü
Normal ölçü
Mətni böyüt
Disleksiya rejimi
Keçidləri seç
Şrift ölçüsü
Normal ölçü
Sola düzəlmə
Ortalama
Sağa düzəlmə
Qara kontrast
Ağ-qara
High Saturation
Mətn rənglərini dəyiş
Başlıq rənglərini dəyiş
Arxa fon rəngi
Şəkilləri gizlət
Alt xətt
Bələdçi
Vurğulayıcı
Böyük qara kursor
Böyük ağ kursor