Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Proqramı çərçivəsində əməkdaşlığını davam etdirir. Birgə layihənin nəticələrini Sizinlə bölüşürük və məlumat veririk ki, dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin bildirilməsi və vaksinlərin istifadəsi zamanı yaranan arzuolunmaz halların bildirilməsi üçün mobil tətbiq hazırlanıb. Artıq bu iki ayrı tətbiq vasitəsi ilə dərmanlar və vaksinlər barədə dərhal bildirişləri göndərə bilərsiniz. İşlənib hazırlanmış tətbiqlərin üstünlüyü internet şəbəkəsinə qoşulmadan (off-line) bildirişi doldurmaq imkanının və Azərbaycan, rus və ingilis dilində olmasıdı. Bu tətbiqi şəxsi telefona yükləmək üçün aşağıdakı mərhələlərdən istifadə etmək lazımdır:
1. Dərman vasitələri ilə bağlı bildirişlər üçün https://vigiflow-eforms.who-umc.org/az/azadr və ya QR kodu telefonunuz vasitəsi ilə oxudaraq keçid olunur:
2. Açılan səhifənin yuxarı sağ küncündə üç nöqtəli işarə yerləşdirilmişdir həmin işarənin üzərinə klik edərək aşağıdakı kimi səhifəni görmək olar. Qeyd edilmiş ardıcıllığı izləyərək tətbiqi telefonunuza rahatlıqla yükləyə bilərsiniz.
3. Yekunda telefonda aşağıdakı kimi tətbiqi görə bilərsiniz.
4. Vaksinlərin istifadəsi zamanı yaranan arzuolunmaz halları bildirmək üçün aşağıdakı link və ya QR-kod vasitəsilə telefonunuza yükləyə bilərsiniz. Bunun üçün yuxarıda qeyd olunan mərhələləri eynilə təkrarlamaq kifayət edir.
Vaksinlər ilə bağlı bildirişlər üçün https://vigiflow-eforms.who-umc.org/az/azvac və ya QR kodu telefonunuz vasitəsi ilə oxudaraq keçid olunur:
5. Yekunda telefonda aşağıdakı kimi tətbiqi görə bilərsiniz.
Bu tətbiqlər vasitəsi ilə vətəndaşlarımız, tibb işçiləri (həkimlər, diş həkimləri, əczaçılar və immunizasiya proqramına cavabdeh şəxslər), pasiyentlər və pasiyent baxıcıları bildirişləri rahatlıqla Mərkəzə göndərə bilərlər. Təqdim edilən məlumatlar əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən nəzarət ediləcək.