Dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi və qaçaqmalçılığının qarşısının alınması məqsədilə dərman vasitələrinin istehsalından/idxalından son istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərin real vaxt rejimində izlənilməsini həyata keçirmək üçün “Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi”-nin (DVTİS) 1 yanvar 2024-cü il tarixindən etibarən mərhələli olaraq tətbiq olunması nəzərdə tutulub. İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin, 01 iyun 2024-cü il tarixindən isə digər dərman vasitələrinin bütün yerli istehsalçı və topdansatış əczaçılıq müəssisələrinin anbarlarında, eləcə də tibb müəssisələrində və apteklərdə real vaxt rejimində izlənilməsinə başlanılacaq. Bu sistemdən istifadəni mümkün qədər asanlaşdırmaq və optimallaşdırmaq məqsədilə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən təlimat videoları hazırlanıb və istifadəçilərə təqdim edilir.
1-ci video: “Təqib və İzləmə” sistemi topdansatış əczaçılıq müəssisələri tərəfindən necə istifadə olunur?
2-ci video: “Təqib və İzləmə” sistemində “Köçürülmə” prosesi necə aparılır?
3-cü video: “Təqib və İzləmə” sistemi pərakəndə əczaçılıq və tibb müəssisələri tərəfindən necə istifadə olunur?