Çində ən kütləvi Çikungunya xəstəliyi epidemiyası qeydə alınıb və 10 000-dən çox yoluxma halı aşkarlanıb. Bu, ölkənin, xüsusən də cənub və sahil bölgələrində səhiyyə sistemini ciddi yükləyib.
Aedes cinsinə aid yoluxmuş ağcaqanadların dişləməsi ilə keçən Çikungunya virusu aşağıdakı simptomlara səbəb olur:
- Yüksək hərarət,
- Güclü oynaq ağrıları,
- Dəridə səpmələr və ümumi narahatlıq.
Vəziyyət mütəxəssisləri narahat edir, çünki:
- Xəstələnənlərin sayı davamlı artır,
- Virusun digər regionlara, o cümlədən Cənub-Şərqi Asiya ölkələrinə və beynəlxalq uçuşlar vasitəsilə Asiyadan kənara yayılma riski yüksəkdir.
Çin hakimiyyəti tədbirləri gücləndirir:
- Ağcaqanadların məhv edilməsi (dezinfeksiya),
- Sanitariya nəzarəti gücləndirilir,
- Əhali üçün məlumatlandırma kampaniyaları aparılır.
Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti izləyir və hələ beynəlxalq fövqəladə vəziyyət elan etməsə də, bu hal, xüsusən də iqlim dəyişiklikləri və həşəratların miqrasiyası fonunda, “qlobal səviyyədə siqnal” kimi qiymətləndirilir.

