Dekabrın 2-də beynəlxalq ekspert Trayb Robert Veyn Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində, Mərkəzin əməkdaşları üçün təlim keçib. Təlimə Mərkəzin Etibarlı İstehsalat Təcrübəsi (EİT) üzrə işçi qrupu və digər əməkdaşlar cəlb edilib.
Təlim zamanı Robert Veyn iştirakçılara PIC/S üzvlüyünün üstünlükləri, PIC/S-ə qoşulma proseduru və bəzi tənzimləyici qurumların təcrübələri daxil olmaqla PIC/S haqqında məlumat verib.
Daha sonra PIC/S təftiş proseduru, EİT müfəttişləri üçün PIC/S keyfiyyət sistemləri, EİT təftişi zamanı hansı qaydalara riayət olunmalı, hansı məqamlara yol verilməməsi barədə fikir mübadiləsi aparılıb.
Günün ikinci yarısı uyğunsuzluqların klassifikasiyasına həsr edilmiş qrup məşğələləri keçirilib.