Apteklərdə satılan dərmanların və göstərilən xidmətin keyfiyyəti daimi olaraq, vətəndaşların diqqətdə saxladıqları mövzulardan biridir. Apteklərin fəaliyyətinə kim və necə nəzarət edir, habelə orada satılan dərmanların keyfiyyəti barədə həm cəmiyyət, həm də media tərəfindən tez-tez verilən sualları nəzərə alaraq, aptek müəssisələrinin yoxlanılması prosesini təqdim edirik.