Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (SN) Analitik Ekspertiza Mərkəzində (AEM) Belarusun ölkəmizdə səfərdə olan “Belfarmprom” Holdinqi İdarəetmə Şirkətinin baş direktoru İqor Mitrofanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Analitik Ekspertiza Mərkəzinin şöbə müdirlərinin iştirakı ilə keçirilən görüşdə əczaçılıq məhsullarının tənzimlənməsi və nəzarəti sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı qanunvericilik bazası, dərman vasitələrinin sadələşdirilmiş qeydiyyatı, dərman vasitələrinin markalanması və qiymətlərlə bağlı məsələlərə yer verilib. Eyni zamanda, ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün təkliflərin hazırlanması, dərmanlara nəzarətin tənzimlənməsi sahəsində qurumlar arasında gələcək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Səmərəli müzakirələr zamanı idarəl ərarası əməkdaşlığın aktivləşdirilməsinin vacibliyi vurğulanıb.