Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Artıq Xocalı Faciəsindən 31 il keçir. Bu tarix Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində də ehtiramla yad edildi. Əməkdaşlar Mərkəzin akt zalına toplaşmış, Xocalı faciəsində həlak olmuş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Analitik Ekspertiza Mərkəzinin BFMQƏ və tibbi vasitələrin qeydiyyat-ekspertiza şöbəsinin müdiri Məmməd Rəsulov nitq söyləyərək, faciənin xronologiyası və təfərrüatları haqqında çıxış etdi. Daha sonra həmin qanlı tarixi – Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olunmuşdur.