Özbəkistanın paytaxtı Daşkənddə oktyabrın 7-9-da Avrasiya Əczaçılıq Sammiti keçirilib. Tədbirdə MDB ölkələri, Latviya və Gürcüstandan nümayəndələr iştirak ediblər. Ardıcıl altıncı olan bu ilki sammit hökumət tənzimləyiciləri, əczaçılıq şirkətləri, istehsalçılar, distribyutorlar və aptek şəbəkələrinin nümayəndələrini 400-dən çox nümayəndə və 100 məruzəçini bir araya gətirdi.
Əsas sahələr və mövzular arasında dərman vasitələrinin tənzimlənməsi, yerli istehsalın inkişafı və investisiyaların təşviqi, dövlət satınalmaları və əczaçılıq təchizatı, əczaçılıqda rəqəmsal həllərin və innovasiyaların tətbiqi, pərakəndə satış və aptek şəbəkələrinin inkişafı və sosial sığorta və əhalinin sağlamlığının qorunması perspektivləri yer almışdır. Sammit çərçivəsində iştirakçılar həmçinin bir sıra əczaçılıq infrastrukturu obyektlərinə, eləcə də elmi-tədqiqat və istehsal sahələrinə baş çəkiblər.
Avrasiya Əczaçılıq Sammiti 2025 regional əməkdaşlığın inkişaf etdirilməsi, normativ-hüquqi bazaların təkmilləşdirilməsi, dövlət qurumları ilə əczaçılıq sənayesinin özəl sektoru arasında tərəfdaşlığın gücləndirilməsi yollarının müzakirəsi üçün əsas platformaya çevrildi.
Builki sammitdə ölkəmizi Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzini baş direktorun müavini Rafiq Xudayev, Keyfiyyəti İdarəetmə şöbəsinin müdiri Şamil Aydəmirov, Dərman vasitələrinin təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev, Dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin müdir müavini Azər Həsənov, Farmakonəzarət şöbəsinin müdir müavini Xalisə Əkbərova təmsil ediblər.
Sammitin birinci günü tənzimləyici orqan rəhbərləri ilə dialoqlar zamanı Rafiq Xudayev salamlama nitqi ilə çıxış edərək Mərkəzin fəaliyyəti və prioritet istiqamətləri haqqında məlumat verib. Müzakirələr və dəyirmi masalar zamanı Azər Həsənov, Səid Fərzullayev və Xalisə Əkbərova Azərbaycanda dərmanların qeydiyyatı, farmakoloji nəzarət, klinik sınaqlar və dərmanların izlənilməsi sistemi ilə bağlı sualları cavablandırıblar. Azərbaycan tənzimləyiciləri üçün ayrılmış vaxt ərzində Şamil Aydəmirov yerli istehsal sisteminin inkişafının dəstəklənməsinin əsas prioritetləri haqqında təqdimatla çıxış edib. Azər Həsənov, Səid Fərzullayev və Xalisə Əkbərova həmçinin dərman vasitələrinin qeydiyyatı və qiymətləndirilməsi, izlənmə, etiketləmə və farmakonazarət sistemlərinin mövcud vəziyyəti haqqında təqdimatlarla çıxış ediblər. Daha sonra, nümayəndə heyəti tədbir iştirakçılarının suallarını cavablandırıb. Ölkəmizin nümayəndələrinin təqdimatları sammit iştirakçılarının böyük marağına səbəb olub.
Sammit çərçivəsində nümayəndə heyətinin Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi yanında Əczaçılıq Məhsullarının Təhlükəsizliyi Mərkəzinin direktoru Əlişer Temirovla görüşü baş tutub. Görüş zamanı qarşılıqlı əməkdaşlığın aspektləri müzakirə olunub.
Avrasiya Əczaçılıq Sammiti 2025 regional əməkdaşlığın və hökumət tənzimləyiciləri, istehsalçılar və distribyutorlar arasında təcrübə mübadiləsinin vacibliyini təsdiqlədi. Forum Avrasiya regionunda səhiyyə və əczaçılıq sektorlarında əməkdaşlıq perspektivlərinin müzakirəsi və inteqrasiyanın gücləndirilməsi üçün səmərəli platformaya çevrilib.





