Ölkənin dərman vasitələri sahəsində milli tənzimləyici qurumu olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi elm sahəsində də daim əməkdaşlarının fəaliyyətini dəstəkləyir və onların inkişafı üçün şərait yaradır.
Bunun nəticəsidir ki, bir müddət öncə Analitik Ekspertiza Mərkəzinin iki əməkdaşı – Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının müdiri – Çingiz Şükürov və laboratoriyanın analitiki – Adilə Vəliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Əczaçılıq kimyası, farmakoqnoziya” ixtisasında, əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüblər.
Əməkdaşlarımızı təbrik edir və gələcək elmi fəaliyyətlərində nailiyyətlər arzu edirik.



