Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi öz fəaliyyətində bir sıra mövcud müvafiq beynəlxalq, dövlətlərarası və dövlət standartlarının prinsiplərinə istinad edir və həyata keçirdiyi fəaliyyətlərlə bağlı dövlət standartlarının təsdiq edilməsi istiqamətində işlər görməyə davam edir. Belə ki, Mərkəzin fəaliyyətinin AZS İSO/İEC 9001-2020 “Keyfiyyəti İdarəetmə sisteminə dair tələblər” standartına uyğunluğunun qiymətləndirilməsi məqsədi ilə 27.02.2023-cü il tarixində qiymətləndirmə həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsi olaraq 14.03.2023-cü il tarixində standart təsdiqlənmişdir.
İSO 9001-2020” standartı keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması üzrə orqanlara ümumi tələbləri və onların akkreditasiyası qaydalarını müəyyən edir. Bu standartın tələbləri sertifikatlaşdırma üzrə orqanların yaradılması, akkreditasiyası, fəaliyyət göstərməsi və həmçinin onların fəaliyyətinə inspeksiya nəzarəti aparılması üçün müəyyən olunmuşdur.