Hazırda Çin Xalq Respublikasının Xüsusi İnzibati Ərazisi olan Honq Konq şəhərində PIC/S təşkilatının 57-ci görüşü keçirilir. 3–4 noyabr tarixlərində keçirilən iclaslarda təşkilata üzv ölkələrin və tərəfdaş qurumların yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Görüşün əsas gündəliyinə bir sıra mövzular daxil olunmuşdur: yeni texniki qaydaların tətbiqi və bu dəyişikliklərin üzv ölkələrin sənaye və nəzarət qurumlarına təsiri; yeni idarəetmə mexanizmlərinin tətbiqi üzrə yanaşmaların ilkin müzakirəsi; idarəetmə üzrə yeni alt komitələrin yaradılması təklifi və onların struktur funksiyalarının ilkin təsviri; qlobal əməkdaşlığın və qarşılıqlı tanınmanın gücləndirilməsi üzrə strateji təkliflərin ilkin təsviri.
Tədbir çərçivəsində texniki sessiyalar,interaktiv müzakirələr və ekspertlərin təqdimatları keçirilmiş, təşkilata üzv ölkələri arasında təcrübə və məlumat mübadiləsi təşviq olunmuşdur.
Görüş PİC/S təşkilatının əsas məqsədlərinə-qlobal əczaçılıq nəzarətinin təkmilləşdirillməsi,tənzimləyici uyğunluğun artırılması və beynəlxalq standartların effektiv tətbiqinə xidmət edir.
04.11.2025-ci il tarixlərdə ayrı-ayrı ölkələrin məruzələri dinlənildi. Azərbaycanın sözügedən istiqamətdə gördüyü işlər müsbət qarşılanıb. Tədbirdə Ölkəmizi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Baş Direktoru Murad Süleymanov və Mərkəzin Keyfiyyəti idarəetmə şöbəsinin müdiri Şamil Aydəmirov təmsil edirlər.





