20 Yanvar – Azərbaycan xalqının rəşadət, qətiyyət və qəhrəmanlıq tarixidir. Yanvarın 19-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş – 20 Yanvar faciəsi və həmin hadisədə müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlər ehtiramla yad edilib. Bununla əlaqədar olaraq Mərkəzin akt zalında toplaşan Analitik Ekspertiza Mərkəzinin əməkdaşları bir dəqiqəlik sükutla şəhidlərin ruhunu yad etmiş, Allahdan onlara rəhmət diləmişlər. Daha sonra 20 Yanvarın Azərbaycanın tarixində təkcə faciə yox, istiqlal yolunun ilk addımı, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu, mərhum prezidentimiz, Ulu Öndər Heydər Əliyevin faciəyə hüquqi qiymət verilməsi yolunda atdığı mühüm, həlledici addımlarını, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltmasını, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirməsinin şərəfli bir tarix olduğunu əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Analitik Ekspertiza Mərkəzinin kollektivi Azərbaycan xalqına və şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!