14 Yanvar 2026-ci il tarixində Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) akt zalında mərkəzin əməkdaşları üçün “EİT nədir” (Etibarlı İstehsalat Təcrübəsi) təlim kursunun birinci mərhələsi keçirildi. Təlimi AEM-in Etibarlı İstehsalat Təcrübəsi (EİT) şöbəsinin müdiri Həmid Qurbanov apardı. Təlim kursu Etibarlı İstehsalat Təcrübəsinin (EİT) əsas prinsiplərinə, keyfiyyətin idarə edilməsi prinsiplərinə, tənzimləyici tələblərə və onların əczaçılıq fəaliyyətində praktik tətbiqinə həsr olunmuşdu. Kurs dinləyicilərə tənzimləyici tələblərinin icmalı və yüksək keyfiyyətli mədəniyyətin qorunması üçün personalın vəzifələri ilə tanış olmaq imkanı yaratdı. Təlimin birinci mərhələsinin mövzuları aşağıdakılar oldu:
- Etibarlı İstehsalat Təcrübəsinin (EİT) tələblərinə giriş (hazır məhsullar üçün);
- Etibarlı İstehsalat Təcrübəsinin (EİT) məqsədi, prinsipləri və əhəmiyyəti;
- İstifadəyə hazır dərman məhsulları üçün Etibarlı İstehsalat Təcrübəsinin (EİT) elementləri;
- Etibarlı İstehsalat Təcrübəsi (EİT) çərçivəsində sənədləşdirmə, qeydiyyat və audit tələbləri;
Təlimin məqsədi peşəkar səriştələri gücləndirmək, beynəlxalq Etibarlı İstehsalat Təcrübəsi (EİT) standartlarına uyğunluğu təmin etmək və Mərkəzdə keyfiyyət və təhlükəsizlik proseslərinin davamlı təkmilləşdirilməsini dəstəkləmək idi. Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırıldı.




